Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 01-12-2025 16:32 | Bölmə: Cəmiyyət

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana İnformasiya Mərkəzində “Süni intellekt və kitabxanalar: Məktəbdən rəqəmsal gələcəyə” adlı elmi-maarifləndirici tədbir keçirilib.
Reyting.az-ın məlumatına görə, ADPU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova giriş sözündə bildirib ki, tədbirin keçirilməsində məqsəd universitet kitabxanası ilə məktəb kitabxanalarının qarşılıqlı əlaqələrinin qurulmasına töhfə vermək, şagirdlər və gənc oxucularda rəqəmsal savadlılıq, tənqidi düşüncə, süni intellekt, Aİ alətlərindən etik və səmərəli istifadə bacarığı formalaşdırmaqdır. Süni intellektin necə işlədiyini, gündəlik həyatda hansı sahələrdə istifadə olunduğunu bilmək zamanın tələbidir.
Zinharə Həsənova analoji mövzuda tadbirlərin gələcəkdə də təşkil olunacağını vurğulayıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərov deyib ki, müasir elmin, təhsilin və informasiya mühitinin inkişafında süni intellekt texnologiyalarından istifadə genişlənir. Rəqəmsal transformasiyanın sürətlə getdiyi üçün biz də zamanla ayaqlaşmalı, süni intellekt imkanlarından maksimum yararlanmağa çalışmalıyıq.
Rektor qeyd edib ki, informasiya resurslarının daha səmərəli idarə olunması, biliklərə çıxışın asanlaşdırılması və innovativ xidmətlərin genişləndirilməsi mühüm vəzifə kimi qarşımızda dayanır: “Süni intellekt üzrə yeni elmi yanaşmaların formalaşmasına hamılıqla töhfə verməliyik”.
ADPU-nun Elm və İnnovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, hər bir ali təhsil ocağının zəngin kitabxanaya ehtiyacı var. Onun sözlərinə görə, müasir dövrdə kitabxana dedikdə yalnız rəflərdəki bəzəkli kitablar nəzərdə tutulmur: “Müasir kitabxanalar ənənəvi kitablarla yanaşı, həm də süni intellekt texnologiyaları ilə də zənginləşir. Biblioqraflar rəqəmsal alətlər və süni intellekt texnologiyalarından istifadə edərək işlərinin səmərəliliyini artıra bilərlər. Dəqiqlik, sürət və fərdiləşdirmə imkanları baxımından bu çox vacibdir. Bu üsulla həm də kitabxana xidmətlərinin keyfiyyətini yüksəltmək mümkündür”.
Tədbirdə M.Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Təhməzova, ADPU-nun İKT Mərkəzinin direktoru Fərhad Mirəliyev, Elektron resurs və elektron kataloqun təşkili şöbəsinin müdiri Ülviyyə Əliyeva çıxış edərək, süni intellektin növbəti onillikdə gündəlik həyata hərtərəfli inteqrasiya edəcəyini nəzərə alaraq universitet kitabxanalarının rəqəmsallaşdırılmasının önəmli olduğunu vurğulayıblar.



Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər