16:58 / 02-12-2025
"ChatGPT" daha təkmil olacaq
Masallıda qadınların olduğu avtomobil aşıb - Ölən və xəsarət alanlar var
Tarix: 02-12-2025 10:10 | Bölmə: Cəmiyyət


Dünən saat 12 radələrində Masallıda ağır yol qəzası baş verib.

Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynovanın idarə etdiyi “Nissan Sunny” markalı avtomobil rayonun Həsənli kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü F. Hüseynova, avtomobildə olan sərnişinlər - Gülşən İsa qızı İsmayılova (1975), Nuriyə Rasim qızı Nuriyeva (1985) və Sevda İsa qızı Vəlişova (1961) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Lakin S. Vəlişova aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}