Yayın ortasında qar yağdı
Tarix: 10-07-2019 16:19 | Bölmə: Cəmiyyət
Yayın ortasında qar yağdı

Havanın anomal aşağı temperaturu nəticəsində Rumıniyanın Karpat ərazisinə qar yağıb.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ölkənin şərqindəki Maramureş dairəsindəki dağlar ağappaq örpəyə bürünüb.

Qarın dəniz səviyyəsindən 2300 metr yüksəklikdəki Petros dağına yağıdığı bildirilir.

Məlumata görə, yayda belə havaya 20 ildən çoxdur rast gəlinməyib. Regionda havanın mənfi temperaturu 4 gün davam edib, sonuncu gün qar yağıb.

Borşa şəhərinin meri sosial şəbəkədə xəbər verib ki, bu uzun illər ərzində ilk qardır. Bura sonuncu dəfə 15 il əvvəl – avqust ayının axırında qar yağıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər