12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Jurnalist Mehman Əliyev həbs edilib - Səbəb
Tarix: 24-08-2017 20:45 | Bölmə: Cəmiyyət
Jurnalist  Mehman Əliyev həbs edilib
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.
Reyting.az saytı virtualaz.org-a istinadla xəbər verir ki, jurnalist Mehman Əliyevə qarşı Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, M.Əliyev Vergilər Nazirliyi İstintaq İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Digər mənbələr isə M.Əliyevin Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal Rayon Polis İdarəsinə aparıldığını bildiriblər.
Məlumata görə, M.Əliyevə dövlət tərəfindən vəkili təklif edilsə də, o, bundan imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.
Xatırladaq ki, 48 saat ərzində o, həbs qəti-imkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmalıdır.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər