12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Məhkəmə hakimlərinin səlahiyyətinə xitam verilib
Tarix: 22-11-2017 09:37 | Bölmə: Cəmiyyət
Məhkəmə hakimlərinin səlahiyyətinə xitam verilib

Bu il məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf şəxslərin təmsil olunması, hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülüb.

Bunu ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə "Azərbaycan” qəzetində işıq üzü görən "Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsi yaşayır” başlıqlı məqaləsində yazıb.

Ədliyyə naziri qeyd edib ki, birinci instansiya və apelyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinspial qiymətləndirilib: "Vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq, 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakimi isə aşağı vəzifələrə keçirilib”.

Ədliyyə naziri yazıb ki, cari ilin sonunadək ölkə üzrə bütün məhkəmələrin 60 faizini əhatə edəcək elektron məhkəmə sisteminin tətbiqi ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərməklə insanlara daha əlverişli və rahat şərait yaradacaq.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər