12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Beynəlxalq təşkilat Vəkillər Kollegiyasının qərarına etiraz edir - Müraciət
Tarix: 24-11-2017 09:07 | Bölmə: Cəmiyyət
Beynəlxalq təşkilat  Vəkillər Kollegiyasının qərarına etiraz edir

Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) Azərbaycan Vəkillər Kollegiyasını dərhal insan haqları üzrə vəkil Yalçın İmanovun vəkillik səlahiyyətlərinin dayandırılması barədə noyabrın 20-də verilən qərarını ləğv etməyə və onun peşəkar vəkillik fəaliyyətinə şərait yaratmağa çağırır.

Təşkilat xatırladır ki, İmanov jurnalistlər Xədicə İsmayılova və Nicat Əliyev, habelə Məmməd İbrahim, Fuad Qəhrəmanlı və Murad Adilov kimi siyasi müxalifətçilərin vəkili olub.

Qurum hesab edir ki, Vəkillər Kollegiyasının bu qərarı İmanovun müvəkkillərini təmsil etməsinə və onun hüquqi vəzifələrini tam şəkildə yerinə yetirməsinə mane olur.

IBAHRI həmsədri Yens Korell hesab edib ki, Azərbaycanda hüquqşünasların qorunması və təminatları sahəsində ciddi çatışmazlıqlar var.

"Vəkıllər Kollegiyasının əsas funksiyası hüquqşünasların maraqlarını müdafiə etməkdir. Amma Vəkillər Kollegiyasının hərəkətləri bir daha göstərir ki, o, müstəqil qurum deyil, hökumətin bir qolu kimi fəaliyyət göstərir. İnsan hüquqlarının pozulması ilə bağlı narahatlığını ifadə edən, mənfi hallar haqqında danışan vəkillər intizam cəzalarına məruz qalır”.

Bəyanatda bildirilir ki, İmanov peşə öhdəliklərini yerinə yetirdiyinə görə cəzalandırılmamalıdır: “Biz cənab İmanovun vəkillik səlahiyyətlərini təcili bərpa etməyə çağırırıq".

Qeyd edək ki, noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun bu orqandan çıxarılması üçün məhkəməyə müraciət etməyə qərar verib.(Turan)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər