20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fazil Məmmədovla bağlı araşdırma başlayıb
Tarix: 12-12-2017 15:41 | Bölmə: Cəmiyyət
Fazil Məmmədovla bağlı araşdırma başlayıb

Prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri postundan uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında yaranan müzakirələr genişlənməkdə və hər keçən gün yeni hal almaqdadır.

Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən xaric edildiyi deyilsə də, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı, vergilər sahəsində problemlərin olmasını dilə gətirməsi ortada ciddi mətləblərin olmasından xəbər verir. Həm də bu məqamda ortaya belə bir sual çıxır: Nazir səhhətindən şikayətçi idisə, niyə özü istefa vermirdi?

Sabiq nazir mətbuata açıqlamasında "Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür edirəm”,- deyib.

Reyting.az modern.az-a istinadla xəbər verir ki, Fazil Məmmədov "sabiq” statusu aldıqdan sonra nazirlikdə onunla və yaxın çevrəsi ilə bağlı ciddi araşdırmalara başlayıb:

"Gələn məlumatlarda sabiq nazirin Şəmkirdəki 100 hektar sahəyə malik mülkünün əlindən çıxdığı da iddia olunur.

Heç kimə sirr deyil ki, zaman-zaman vergilər nazirinin tam nəzarətində olan Şəmkir rayonunda onun gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə bağlı ictimaiyyət arasında sensasion məlumatlar yer alıb və mətbuatda silsilə materiallar yayımlanıb".

Sayt iddia edir ki, 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovla bağlı araşdırmaların doğuracağı səs-küyün hələ qabaqdadır.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər