15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
İnstitut direktoru: “Azərbaycanda vərəmə yoluxan uşaqların sayı artır”
Tarix: 30-01-2018 13:32 | Bölmə: Cəmiyyət
İnstitut direktoru: “Azərbaycanda vərəmə yoluxan uşaqların sayı artır”

“Azərbaycanda son bir neçə ildə vərəmə yoluxan uşaqların sayı artır. Bu hal bizi narahat etməlidir”.

Reyting.az
saytı APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

H. Qədirova qeyd edib ki, vərəmli xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: “Bunlardan biri xəstənin ailəsi, digəri həkimlərdir. Mən belələrinə dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, andlarını pozaraq, o xəstələri düzgün müalicə etmirlər”.

H. Qədirova bildirib ki, bu gün vərəm xəstələrinin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının yeni protokolları əsasında aparılır: “Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır. Bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir. Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır".




Bölməyə aid digər xəbərlər