15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
17:41 / 26-01-2026
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Deputat: “Mənim komitəm yetim-yesirə kömək edir” - Müsahibə
Tarix: 03-02-2018 00:44 | Bölmə: Cəmiyyət

Xarici kəşfiyyatın hədəfinə tuş gəldiyini iddia edən Hadi Rəcəbli deyir ki, rəhbərlik etdiyi komitə kasıb-kusubla məşğul olur
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Hadi Rəcəbli deyir ki, ona qarşı Avropa ölkələrindən, konkret olaraq Almaniya və Fransadan təxribatlar törədilir. İddia edir ki, bəzi qüvvələr onun fikirlərini təhrif etməklə ölkədə münaqişə yaratmağa cəhd edir və bu işdə xarici kəşfiyyat orqanlarının da əli var.
Reyting.az H.Rəcəblinin ölkə.az saytına verdiyi müsahibəsini təqdim edir:
– Hadi müəllim, son vaxtlar sosial şəbəkələrdə sizin söylədiyiniz fikirlər ironiyalı formada müzakirə olunur. Bütün bunların səbəbini nədə görürsünüz?
– Əvvəla, mən tamamilə mətbuata qarşı dözümlülüyün tərəfdarıyam. Yadınızdadırsa, hələ 25 il öncə də mətbuat nə istəyirdisə, onu da yazırdı. O zaman hüquqi baza da indiki kimi deyildi. Ancaq Ulu Öndərimiz böyük dözümlülük nümayiş etdirirdi. Hamımızı da buna yönəltdi ki, bütün tənqidlərə dözümlü olaq. Cənab Prezident İlham Əliyev də məsələyə bu cür yanaşır, hər birimizə mətbuata dözümlü olmağı tövsiyə edir.
Mətbuatda gedən təhqir və digər nöqsanların bir müddətdən sonra həllini tapacağını düşünürük. Mən 45 ildir ki, siyasətdəyəm. Amma indiyədək jurnalistlərlə bağlı bir dəfə də olsun ki, məhkəməyə müraciət etməmişəm. Bunun da əsas səbəbi odur ki, mən də jurnalist olmuşam, bu sahənin çörəyini yemişəm, qəzetdə işləmişəm.
Amma mənə qarşı aparılan şər-böhtan kampaniyaları sistemli şəkildə xaricdən tənzimlənir. Misal üçün, bu yaxınlarda mənim haqqımda yazılan yalan və iftira məlumatlarının kökünü araşdıran zaman məlum olur ki, həmin materialı yayan sayt Avstriyada qeydiyyatdan keçib və heç bir əlaqə yaratmaq mümkün olmur. Çox təəssüf ki, xaricdə yaradılan bu cür təxribatçı saytların yerləşdirdiyi məlumatları Azərbaycanın ayrı-ayrı saytları da tirajlayır. Dəqiqliyini araşdırmadan yazılan yazıları saytda tirajlamaq nə qədər düzgündür? Bilirsiniz, təxribatın kökündə dayanan əsas məsələ mənim jurnalistlərə qarşı olduqca açıq olmağımdır.
Bəzən mənə sual verirlər ki, Hadi müəllim, axı niyə görə tanımadığın hər jurnalistə bu qədər açıq olursan? Cavab verirəm ki, mən də jurnalist olmuşam. Mənim çalışdığım sosial sahə bütün dünyada ağır və cəmiyyəti qıcıqlandıran sahə sayılır. Sosial qrup cəmiyyəti qıcıqlandıran sahədir.
Dünyada münaqişəşünaslıq elmi mövcuddur. Mənim söylədiyim fikirlərdən də nəyi çıxarırlarsa, hamısı münaqişə yaratmaq, təxribat məqsədi daşıyır. Mən maraqlanmışam, sözlərimi təhrif edib yayan saytlar əsasən Almaniyadan, Fransadan idarə olunur. Oradakı müxalif qüvvələr aranı qızışdırmaq üçün mənim fikirlərimi təhrif edilmiş formada yazırlar. Bu gün bizim kütlə psixologiyasına uyan adamlarımız olduğu üçün həmin saytlar bu insanları yönəltməyə çalışırlar.
Mən Azərbaycan saytlarının heç birinin bağlanmağının tərəfdarı deyiləm. İnternetin faydalı tərəfləri çoxdur. Ancaq kimlərsə mənim haqqımda mənfi şərhlər yazırlar. Kimsə də onun altından müsbət şərh yazırsa, onu vermirlər, çıxarırlar. Axı bu cür yanaşma qərəzlidir.
Mən 2013-cü ildə "Komsomolskaya pravda” qəzetinə rus dilində müsahibə vermişdim. Sonradan Azərbaycanın bir sıra saytları mənim rus dilində olan müsahibəmi təhrif olunan formada tərcümə edərək tirajlayıblar ki, guya mən internetin bağlanmasını istəyirəm. Bu yazılara görə mən bir ay müzakirə olundum. Hətta, ABŞ səfiri Prezident Administrasiyasına gedərək, məndən şikayət edib. Sağ olsun ki, "Kaspi” qəzetinin jurnalisti İlham Quliyev öz yazısında məsələnin üstünü açaraq, müsahibəmin səhv tərcümə edildiyini qeyd edib. Yəni, sonradan məlum olur ki, Azərbaycan mətbuatı mənim müsahibəmi təhrif edərək, tirajlayıb.
İnanın ki, nə qədər ordudan qovulan, müxalif düşüncəli adamlar varsa, hamısı mətbuata çıxıb, mənim haqqımda böhtan-yalan danışırlar. Sayt da həmin fikirlərin yalan olduğunu bilə-bilə onu tirajlayır ki, saytı çox oxunsun. Səməd Vurğunu, Cəlil Məmmədquluzadəni, Üzeyir Hacıbəyovu təhrif edən jurnalistə baxıb şükr edirəm. Özümdə deyirəm ki, mən ona baxanda şükürlüyəm.
Bəzən evdə məni qınayıb deyirlər ki, a kişi, sənin nə işin var mətbuatda, niyə müsahibə verirsən? Yaxşı, o zaman mətbuata müsahibə verməyim? Bunu etsəm, jurnalistlər məni tənqid etməyəcək? Biz açıq cəmiyyətdən danışırıqsa, bu olmalıdır.
Mən deyirəm ki, qənaətcil olaq, ələbaxımlı olmayaq və sairə, dərhal fikirlərimi təhrif edib, ayrı formada başlıqla verirlər. Mənim dediklərimin hamısı dövlətçiliyə, dünyada gedən proseslərə və sosial qanunlara əsaslanır. Bunu təhrif edəndə isə biz cəmiyyəti korlayırıq.
Sağ olsunlar, mənə qarşı aparılan şər-böhtan kampaniyasına yox deyərək, 4 QHT gəlib mənim yanımda olduğunu və həmin təxribatçı qüvvələrə nifrət etdiklərini bildiriblər. Qarabağ qaziləri bildirdilər ki, biz bu cür kampaniyalara qarşıyıq və iftiralara heç kəs uymasın. Bunu mətbuat da dərc edib. Ümumi nəticə də onu göstərdi ki, bütün bu şər-böhtan kampaniyalarının kökündə xarici kəşfiyyat orqanları və onların himayəsi ilə xaricdən idarə olunan saytlar dayanır. Onlar Azərbaycanda kütlə psixologiyasına uyan insanları dövlətə qarşı yönəltməyə çalışırlar.
Mən jurnalistlərimizi də dövlətimizin yanında olmağa və xaricdən təxribat yayan saytlardan qorunmağa çağırıram. Gərək ki, biz bütövlükdə cəmiyyətimizi, azərbaycançılığımızı, mənəviyyatımızı, obyektivliyi və sağlam xəbər saytlarımızı qoruyaq.
– Nəvəniz haqqında yazdığınız şeir də sosial şəbəkələrdə müzakirə olunur...
– Yazdığım şeirə görə mən nə üçün lağ edilməliyəm? Məgər şeir yazmaq qəbahətdir? Mən şeir yazmışam, daha deməmişəm ki, şairəm. Hadi Rəcəbli şair deyil, sadəcə olaraq öz nəvəsinə ürəyindən gələn şeiri yazıb. Bütün bunları yalnız və yalnız eybəcər, azərbaycançılıqdan kənar bədniyyətli qüvvələr deyə bilər. Axı Hadi Rəcəbli kimə nə edib? Mənim komitəm yetim-yesirə kömək edir. Hadi Rəcəblinin sədri olduğu komitə kasıb-kusubla məşğul olur. Verdiyim tövsiyələr də insanlara diqqət-qayğı və istiqamətdir. Mən nə deyirəm? Deyirəm ki, gedib kitab oxuyun. Rafaellə Coşqunun konsertinə bilet almaq üçün verdiyin 100 manata 5-10 faydalı kitab alıb oxumaq olar. Məgər mən bunu deməklə səhv edirəm? Mənim bu çıxışlarımda bir dənə belə səhv nə isə yoxdur. Mənim fikirlərimi təhrif edənlərin özləri təhrifə layiq adamlardır. Bütün bu cür müzakirələrin kökündə bir məsələ dayanır – düşmənçilik və kin.
Hadi Rəcəbli nə edib? Nəvəsinə şeir yazıb da! Hadi Rəcəbli 45-50 ildir ki, siyasətdədir. Yaşlı adama bu cür münasibət göstərmək doğru deyil.
– Bu yaxınlarda prezident İlham Əliyevin fərmanı ilə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Bu qanun uzun illər sizin rəhbərlik etdiyiniz komitə tərəfindən hazırlanaraq, müzakirəyə çıxarılmışdı. Dövlət başçısının imzaladığı yeni qərar hansı dəyişikliyə gətirib çıxaracaq?
– Sözügedən qanun bizim komitə tərəfindən 15 ilə hazırlanıb. Komitə 15 il idi ki, bu qanunun üzərində işləyirdi, bu sahədə dünya təcrübəsi öyrənilirdi. Nəhayət ki, biz bu sənədin Milli Məclisdə müzakirəsinə və qəbuluna nail olduq. Sağ olsun ki, cənab prezident İlham Əliyev də bu sənədə imza atdı. Hesab edirəm ki, mövcud dünya qanunları içərisində ən optimalı və reallıqlara cavab verəni bizim qanunumuzdur.
Hazırda bu qanun çox uğurla işləyir. Burada bir ciddi məqam var. Biz qanunda ictimai yerlərdə siqaret çəkilməsinə görə daha çox sahibkarların cəzalandırılmasını göstərmişik. Çünki sahibkar öz kafe və ya restoranında siqaret çəkən insanlar üçün xüsusi otaqlar ayırmalıdır. Bu məsələ hazırda restoran və şadlıq evlərində də gündəmdədir.
Ancaq müştərilərdən də kiməsə dəfələrlə müraciət edilməsinə baxmayaraq, qayda-qanuna riayət etməyənlər də cəzalana biləcək.
Bu işə mətbuat da yaxından kömək etməlidir, insanları məlumatlandırmalıdır və sairə. Belə olanda cəmiyyət də qanuna daha tez alışacaq.
Bu qanunun qəbul edilməsinin əsas mahiyyəti siqaret çəkməyən insanların sağlamlığını qorumaqdır. Çünki siqaret çəkən insanlar siqaret çəkməyən insanların sağlamlığına ziyan vururlar. Yeni qanunla bu problem aradan qalxacaq.
Siqaretə alüdə olan xəstə adamlar var ki, bəzən onlar bu qanunun tələblərinə əməl etmək istəmirlər. Biz onlara deyirik ki, siqareti gedib küçədə çəkin, yanınızda olan insanlara ziyan vurmayın. İctimai yerlərdə siqaret çəkmək olmaz.
Bilirsiz ki, Azərbaycanda satılan siqaretlərin 70 faizi xarici istehsaldır. Bu yaxınlarda siqaretlərə tətbiq olunan aksiz versgisi artırılıb. Məqsəd insanlarda siqaretə olan marağı azaltmaq və yerli istehsal olan siqaretlərin satışını artırmaqdır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
Bu gün, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
Bu gün, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Bu gün, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
Bu gün, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
Bu gün, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
Bu gün, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
Dünən, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
Dünən, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
Dünən, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
Dünən, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
Dünən, 12:21
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
Dünən, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
Dünən, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
28-01-2026, 11:29
7 körpənin ölüm işi ilə bağlı məhkəmə davam edir
28-01-2026, 11:24
Bakıda hoteldə kişi meyiti tapılıb
28-01-2026, 11:00
Xaçmazda əməliyyat: saxlanılanlar var
28-01-2026, 10:36
Xırdalanda yeni tunel inşa ediləcək
28-01-2026, 09:54
Neftçala sakini 20 kq narkotiklə saxlanılıb
27-01-2026, 17:14
Hava ilə bağlı daha bir xəbərdarlıq yayılıb
27-01-2026, 16:43
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
27-01-2026, 16:19
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
27-01-2026, 15:59
Bakıda 6 nəfər 21 kq narkotiklə saxlanılıb
27-01-2026, 15:31
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
27-01-2026, 15:06
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
27-01-2026, 15:04
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27-01-2026, 14:26
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
27-01-2026, 14:23
"Quş qripi"nə qarşı növbəti monitorinqlər keçiriləcək
27-01-2026, 13:04
Sabiq rəisin məhkəməsi başlayıb
27-01-2026, 13:01
Pediatrik onkoloji xidmətləri icbari tibbi sığorta qarşılayacaq
27-01-2026, 12:20
Sabah Bakıya yağış, bəzi rayonlara yağacaq

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər