15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
17:41 / 26-01-2026
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Avropada Azərbaycan məmurlarının maliyyə fırıldağı araşdırılıb
Tarix: 20-02-2018 10:15 | Bölmə: Cəmiyyət

Azərbaycanda bir neçə şəxs var ki, onlara görə ölkənin adı xarici ölkələrdə səs-küylü məhkəmə proseslərində hallanıb. Bunlardan ən çox rezonansa səbəb olanları Azərbaycan Dəmir Yollarının sabiq rəisi Arif Əsgərov və Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.
A.Əsgərovun adı İsveç məhkəməsində aylarla sürən prosesdə keçib.
Xatırladaq ki, İsveç prokurorluğu "Bombardier” şirkətinin alqı-satqılarında korrupsiya əməlinə yol verilməsi faktı üzrə araşdırma aparırdı. Araşdırmaya səbəb "Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqaviləsi səbəb olub. Müqavilə imzalanarkən "Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura o zaman A.Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.

Araşdırmalara görə, "Bombardier” şirkəti ilə "Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.
Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir. Birinci müqavilə üzrə "Bombardier” şirkəti tərəfindən "Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.
İsveç prokurorluğu bildirirdi ki, Azərbaycan məmurları "Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində "otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə "Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə "Bombardier”şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə "Bombardier”lə bağlanıb.

Müqaviləyə əsasən, Azərbaycan dəmir yollarının modernləşdirilməsində "Bombardier Transportation” şirkətinin Rusiyadakı törəmə şirkəti də bilavasitə iştirak edib. Həmin şirkətin 36 faizlik səhmlərinə Rusiya Dəmir Yolları nəzarət edir. Şirkət siqnalizasiya avadanlıqlarının yerində quraşdırılmasını həyata keçirib.
Siqnalizasiya avadanlıqlarını "Bombardier”dən alıb Azərbaycana satan "Multiserv Overseas” şirkəti Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu ilə ortaq qurulub. Bu korrupsiya qalmaqalında onun adı çox hallanırdı. Məhkəmənin son iclaslarının birində isə məlum olmuşdu ki, Yakunin Ziya Məmmədovun adı keçən korrupsiya sövdələşmələrində açar rol oynayıb. 10 ilə yaxın Rusiya dəmir yolu sektoruna rəhbərlik etmiş Vladimir Yakuninin sabiq nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərinin hər zaman isti olduğu deyilir. Keçmiş diplomat Yakunin 2015-ci ilin avqustunda istefaya göndərilsə də, hazırda Avropada yenə bizneslə məşğul olur.
Qeyd edək ki, məhkəmə İsveç prokurorluğunun gətirdiyi dəlilləri yetərsiz sayaraq, "Bombardier”in Azərbaycanla sövdələşməsində korrupsiyaya yol verilməsi iddiasının sübut olunmadığı qənaətinə gəlmişdi. Bu qərarın əldə olunmasında V.Yakuninin oğlu - Avropada böyük biznesə malik Andrey Yakuninin əlaqələrinin də rol oynadığı iddia olunur.

Avropada məhkəmə qalmaqalının "qəhrəmanı” olan ikinci məmur - Elmar Rüstəmovla bağlı proses Vyanada baş tutub.
Xatırladaq ki, cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Bu cinayət işi ilə əlaqədar Avstriyada ümumilikdə 9 nəfər mühakimə olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, Mərkəzi Bankın törəmə şirkəti olan "OeBS”in baş direktoru Maykl Vulf da var.
Yerli medianın məlumatına görə, Azərbaycan tərəfdən "OeBS” şirkəti ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanov danışıqlar aparıb. A.Məlik-Aslanov yeni manat çapına, sifarişinə, daşınmasına və qəbuluna birbaşa cavabdehlik daşıyıb. 2005-ci ildən başlayaraq yeni manat Azərbaycana göndərilib və mərhələli şəkildə dövriyyəyə buraxılmağa başlayıb. 2007-ci il oktyabrın 3-də A.Məlik-Aslanovun rəhbərliyi altında Azərbaycana yeni manatın ən böyük partiyası gətirilib. Razılaşmaya əsasən yeni manat əskinasları Avstriyada Azərbaycan Mərkəzi Bankının inkassatorları tərəfindən qəbul edilərək "AZAL” tərəfindən ölkəyə daşınıb.
Avstriya qaynaqlarının verdiyi xəbərə görə, məhkəmə prosesində “OeBS” şirkətinin keçmiş satış direktoru, əslən Rumıniyadan olan Raluka Tanasesku özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bildiyini deyib.
R.Tanasesku “OeBS” şirkətinin rüşvət ödəmələrini gizlətmək üçün saxta hesabatlar hazırladığını və köçürülən pulların əsl məqsədinin gizlədildiyini deyib.
"Bu gizlətmə mədəniyyəti bizə Avstriya Mərkəzi Bankından keçmişdi. Mənə deyirdilər ki, narahat olmayım, çünki bizim arxamızda Mərkəzi Bank kimi güclü institut dayanıb”,- deyə qadın bildirib.
Tanasesku istintaqa verdiyi ifadədə rüşvət pullarının offşor hesablarla yanaşı bir qisminin nağd şəkildə ötürüldüyünü də deyib. Belə ki, "Azərbaycan diplomatları qadının vətəni Rumıniyada onunla görüşərək pulların dərhal verilməsini” tələb ediblər. Nəticədə pullar "Stefanplatz” firmasının sellofan "kisələrinə” doldurulub və Bakıya yola salınıb.
2016-cı ilin martında Avstriya prokurorluğu Azərbaycan rəsmiləri ilə korrupsiya razılaşması ilə əlaqədar Ali Məhkəməyə müraciət edib. Belə ki, iş üzrə Vyana məhkəməsi qərar versə də, nəticə prokurorluğu qane etməyib. Prokurorluq bu cinayət işinin ölkənin Ali Məhkəməsində araşdırılmasını istəyirdi. Ona görə də bu instansiyaya müraciət etmişdi. Bu barədə Avstriyanın "Der Standart” qəzeti məlumat yaymışdı.
Göründüyü kimi, hər iki məmurun adı Azərbaycan adına yaraşmayan prosesdə hallanıb. Bu proseslər barədə dünyanın aparıcı media orqanlarının səhifələrində dəfələrlə materiallar dərc olunub. Artıq A.Əsgərov hakimiyyətdə təmsil olunmur, E.Rüstəmov isə Mərkəzi Bankın rəhbəri olaraq qalır.(Yeni Müsavat)
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
Bu gün, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
Bu gün, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Bu gün, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
Bu gün, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
Bu gün, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
Bu gün, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
Dünən, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
Dünən, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
Dünən, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
Dünən, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
Dünən, 12:21
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
Dünən, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
Dünən, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
28-01-2026, 11:29
7 körpənin ölüm işi ilə bağlı məhkəmə davam edir
28-01-2026, 11:24
Bakıda hoteldə kişi meyiti tapılıb
28-01-2026, 11:00
Xaçmazda əməliyyat: saxlanılanlar var
28-01-2026, 10:36
Xırdalanda yeni tunel inşa ediləcək
28-01-2026, 09:54
Neftçala sakini 20 kq narkotiklə saxlanılıb
27-01-2026, 17:14
Hava ilə bağlı daha bir xəbərdarlıq yayılıb
27-01-2026, 16:43
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
27-01-2026, 16:19
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
27-01-2026, 15:59
Bakıda 6 nəfər 21 kq narkotiklə saxlanılıb
27-01-2026, 15:31
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
27-01-2026, 15:06
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
27-01-2026, 15:04
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27-01-2026, 14:26
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
27-01-2026, 14:23
"Quş qripi"nə qarşı növbəti monitorinqlər keçiriləcək
27-01-2026, 13:04
Sabiq rəisin məhkəməsi başlayıb
27-01-2026, 13:01
Pediatrik onkoloji xidmətləri icbari tibbi sığorta qarşılayacaq
27-01-2026, 12:20
Sabah Bakıya yağış, bəzi rayonlara yağacaq

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər