16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
ABŞ İranın dondurulmuş 6 milyard dollar aktivini azad edib
Tarix: 12-09-2023 12:18 | Bölmə: Dünya
ABŞ İranın dondurulmuş 6 milyard dollar aktivini azad edib

ABŞ dövlət katibi Antoni Blinken İranın Cənubi Koreyadan Qətərə 6 milyard dollarlıq aktivlərinin köçürülməsinə icazə verən sərəncam imzalayıb. Reyting.az xəbər verir ki, bu barədə “Associated Press” ABŞ Konqresinə daxil olan bildirişə istinadla məlumat yayıb.

Məlumata görə, Blinken sənədi keçən həftənin sonunda imzalayıb və qərarla bağlı Konqresə məlumat bazar ertəsi verilib.

ABŞ və İranın məhbus mübadiləsi barədə razılığa gəldikləri də bildirilir. “Associated Press” yazır ki, İran həbsxanasında olan beş Amerika vətəndaşı hazırda ev dustaqlığına köçürülüb. Razılaşma çərçivəsində Vaşinqton ABŞ-da saxlanılan 5 İran vətəndaşını azad etməyə razılaşıb.

Bazar ertəsi İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran və ABŞ arasında məhbus mübadiləsi yaxın gələcəkdə ola bilər bilər.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}