20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Britaniyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
Tarix: 13-09-2023 17:14 | Bölmə: Dünya
Britaniyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ankaraya səfər edəcək. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, o, səfər zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ilə görüşəcək.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar ölkələr arasında ticarətin artırılması, regional təhlükəsizliyin təmin edilməsi və terrorizm, mütəşəkkil cinayətkarlıq və qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinə yönələcək.

Qeyd olunur ki, C. Kleverli Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səylərini “yüksək qiymətləndirəcək” və həmçinin Ukraynadakı münaqişənin “daha geniş təsirlərini müzakirə edəcək”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər