20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukrayna kəşfiyyatının ruslara qarşı əməliyyatı....
Tarix: 02-12-2023 19:52 | Bölmə: Dünya
Ukrayna kəşfiyyatının ruslara qarşı əməliyyatı....

Ukraynanın Baş Kəşfiyyat İdarəsi dekabrın 1-də işğal altındakı Melitopolda Rusiya Federasiyasına qarşı həyata keçirilən yeni xüsusi əməliyyatın təfərrüatlarını açıqlayıb.

Reyting.az
xəbər verir ki, kəşfiyyat məlumatlarına görə, müqavimət qüvvələri nahar vaxtı şəhərin girişində işğalçılara qarşı qəfil hücum edib. Nəticədə bir neçə rus əsgərini öldürmək və onların tankerini zədələmək mümkün olub.

“Düşmənlərdən qisas almaq aksiyası rusların tüstü fasiləsi üçün dayanmağı xoşladığı Boqdan Xmelnitski prospekti 115-də baş verib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna partizanları isə xatırladırlar: siqaret öldürür”, - qeyd edilib.

Məlumata görə, indi şəhərin rus “hakimiyyəti” partizanların fəaliyyətinin nəticələrini gizlətməyə və heç nə olmamış kimi göstərməyə çalışır. Baş Kəşfiyyat İdarəsi isə bildirir ki, onlar Kremlin kəşfiyyat xidmətlərinin reaksiyasından qorxurlar.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında GUR nümayəndəsi Andrey Yusov Rusiya Federasiyasına qarşı “Barınya” kod adı verilən növbəti xüsusi əməliyyatın təfərrüatlarını açıqlamışdı. Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları rusiyalı leytenantı işə götürüb və onu 11 rusiyalı hərbçini təslim olmağa razı salmağa məcbur edib. Söhbət 2023-cü ilin iyun ayından Ukrayna ilə əməkdaşlıq edən Danil Vladimiroviç Alferovdan gedir. İndi o, Ukrayna ərazisindədir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər