Türkiyə kəşfiyyatının rəhbəri İraqa gözlənilməz səfər edib
Tarix: 23-01-2024 14:21 | Bölmə: Dünya
Türkiyə kəşfiyyatının rəhbəri İraqa gözlənilməz səfər edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İraqa gözlənilməz səfər edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, səfər çərçivəsində İraq prezidenti Əbdüllatif Rəşid, İraqın baş naziri Məhəmməd Şiyə Es-Sudani, şiə və sünni qrupların nümayəndələri və türkmənlərlə görüşüb.

Məlumata görə, görüşlərdə terrorla mübarizə, terror təşkilatı PKK təhlükəsi və PKK ilə mübarizədə atıla biləcək ortaq addımlar, təhlükəsizlik sahəsində əməkdaşlıq, DEAŞ-la mübarizədə əməkdaşlığın davam etdirilməsi və sair məsələlər müzakirə edilib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}