İsrail Türkiyənin NATO-dan çıxarılmasını tələb edir
Tarix: 30-07-2024 19:51 | Bölmə: Dünya
İsrail Türkiyənin NATO-dan çıxarılmasını tələb edir

İsrailin xarici işlər naziri İsrael Katz NATO-nu Türkiyəni bu təşkilatın üzvlüyündən çıxarmağa çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Ekspertlər isə hesab edirlər ki, bu çağırış ölkələr arasında gərginliyi daha da artıra bilər.

İsrail mətbuatı ölkənin Xarici İşlər Nazirliyinə istinadla yazır ki, Türkiyə prezidenti Ərdoğanın İsraili işğal etmək təhdidləri və onun təhlükəli ritorikası fonunda xarici işlər naziri İsrael Katz diplomatlara təcili tapırıq verib. Nazir diplomatların diqqətinə çatdırıb ki, bütün NATO üzvləri ilə əlaqə saxlayıb, Türkiyəni qınasınlar və onun alyansdan çıxarılmasını tələb etsinlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər