Almanlar Rusiyanın NATO ölkəsinə hücumundan qorxur
Tarix: 15-09-2025 11:13 | Bölmə: Dünya
Almanlar Rusiyanın NATO ölkəsinə hücumundan qorxur

Rusiya pilotsuz təyyarələri Polşanın hava məkanını pozduqdan sonra Almaniyada Rusiyanın NATO-ya üzv dövlətlərə birbaşa təcavüzü ehtimalı ilə bağlı narahatlıqlar artıb.

Reyting.az
“Bild” nəşrinə istinadla bildirir ki, almanların narahatlıqlarını rəy sorğusu müəyyən edib.

INSA İnstitutunun sorğusuna əsasən, almanların 62 faizi Rusiyanın Alyans ölkələrinə, xüsusən də Polşaya və ya Litvaya hücumu riskini real hesab edir. Respondentlərin yalnız 28 faizi bu fikri bölüşmür, daha 10 faizii isə qərarsızdır.

Bundan əlavə, almanların əksəriyyəti Moskvaya qarşı daha sərt tədbirlərin görülməsinin tərəfdarıdır.

Respondentlərin 49 faizi Rusiyanın Avropa İttifaqına neft və qaz tədarükünün dərhal dayandırılmasını dəstəkləyir, 33 faizi isə bunun əleyhinədir. Digər 11 faiz cavab verməkdə çətinlik çəkib, 7 faiz isə biganə olduğunu bildirib.

Respondentlərin yarısı (51%) hesab edir ki, Rusiyanın Aİ-dəki dondurulmuş aktivləri Ukraynaya kömək üçün istifadə edilməlidir. 29 faiz bu fikri dəstəkləmir, 20 faiz isə qərarsızdır.

Qeyd edək ki, sorğu sentyabrın 11-12-də 1002 alman arasında keçirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər