Krımda iri neft anbarında yanğın başlayıb
Tarix: 06-10-2025 10:16 | Bölmə: Dünya
Krımda iri neft anbarında yanğın başlayıb

Krımın müvəqqəti işğal altında olan Feodosiya şəhərinə pilotsuz təyyarələr hücum edib.

Reyting.az
xəbər verir ki, hücum nəticəsində neft anbarında güclü yanğın başlayıb.

“Krımski Veter” yazır ki, Novofedorovkadakı Saki aerodromuna zərbə vurulub, partlayışlar gecə yarısından sonra baş verib.

Tezliklə Feodosiyada, Yevpatoriyada, Simferopol vilayətində və Andreyevka kəndi yaxınlığında, Kaça aerodromunun yaxınlığında partlayışlar qeydə alınıb.

Feodosiyadakı neft anbarı da vurulub. Məlumata görə, hücum Feodosiya neft terminalında yanacaq çəninin partlamasına səbəb olub, güclü yanğının parıltısı onlarla kilometr məsafədə görünüb.

Bundan başqa, Yevpatoriya ilə Uyutnoye kəndi arasında yerləşən hərbi hissəyə hücum olub, ilkin məlumatlara görə, radarlardan biri zədələnib.

Daha sonra Sevastopolda ondan çox partlayış səsi eşidilib.

Telegram kanalı “Exilenova” da dronların Rusiyanın Dzerjinsk şəhərinə hücum etdiyini bildirib. İlkin məlumatlara görə, Rusiyanın ən iri sənaye partlayıcı maddələri istehsalçılarından biri olan Sverdlov zavodunda yanğın baş verib.

Xatırladaq ki, oktyabrın 5-nə keçən gecə də pilotsuz təyyarələr Kstovo şəhərindəki “LukOYL” şirkətinin Nijni Novqorod Neft Emalı Zavoduna hücum etmişdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər