Gəncədəki köhnə avtobuslar Bakıda istifadə olunur
Tarix: 06-10-2025 11:07 | Bölmə: İqtisadiyyat
Gəncədəki köhnə avtobuslar Bakıda istifadə olunur

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə avtobuslar tamamilə yenilənib, xətlərə müasir tələblərə cavab verən nəqliyyat vasitələri buraxılıb.

Reyting.az
“Qafqazinfo”ya istinadla bildirir ki, Gəncədə marşrutların yenilənməsi bu şəhərdə fəaliyyət göstərən 400-ə qədər köhnə avtobusun şəhərdən çıxması ilə nəticələnib. Həmin avtobusların əksəriyyəti isə paytaxta gələrək qeyri-qanuni sərnişindaşımalara cəlb edilib.

Belə ki, son günlərdə paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır, Müşfiqabad, Saray qəsəbələri istəqamətindən Bakı-Sumqayıt yolu ilə mərkəzə çoxsaylı qanunsuz avtobusun sərnişin daşıması müşahidə edilir




Bölməyə aid digər xəbərlər