İspaniyada iki qatar toqquşub
Tarix: 19-01-2026 09:28 | Bölmə: Dünya

İspaniyada iki qatar toqquşub

İspaniyanın Kordoba əyalətində iki sürətli qatar relsdən çıxıb. Ölkə dəmiryol infrastrukturunun operatoru bu barədə “X” sosial media platformasında məlumat yayıb.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, operatorun açıqlamasında deyilir ki, Malaqadan Puerta-de-Atoçaya gedən sürət qatarı qonşu xəttə keçdikdən sonra relsdən çıxıb. Puerta-de-Atoçadan Huelvaya gedən qatar isə bitişik relsdə hərəkət edirmiş və o da relsdən çıxıb.

Qəzada ən azı 5 nəfər ölüb, 100 nəfər xəsarət alıb. Xəsarət alanlardan 25-nin vəziyyəti ağırdır.

Qəzanın başvermə səbəbləri araşdırılır.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər