Türkiyə XİN: "S-400”lərlə bağlı hər hansı problem yoxdur"
Tarix: 12-07-2019 14:16 | Bölmə: Dünya
Türkiyə XİN: "S-400”lərlə bağlı hər hansı problem yoxdur"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan “S-400” raket sistemlərinin tədarükü ilə bağlı hər hansı problemin olmadığını, prosesin bundan sonra da rəvan şəkildə davam edəcəyini bildirib.

Ankarada jurnalistlərlə görüşü zamanı nazir “S-400”lərlə bağlı saziş çərçivəsindəki işlərin davam etdiyini deyib: “Biz bu işləri əlaqəli şəkildə həyata keçiririk. Milli Müdafiə Nazirliyi də lazımı açıqlamaları verib. Heç bir sıxıntı yoxdur”.

Xatırladaq ki, Rusiyadan idxal olunan “S-400” uzun mənzilıli hava və raket müdafiə sistemlərinin ilk hissələri iyulun 12-də Ankara yaxınlığındakı Mürtəd bazasına gətirilib/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}