Çin Trampın dediklərini təkzib edir: “Hanter Baydenə pul verməmişik”
Tarix: 01-10-2019 15:22 | Bölmə: Dünya
Çin Trampın dediklərini təkzib edir: “Hanter Baydenə pul verməmişik”

Çin Xarici İşlər Nazirliyi rəsmi Pekinin eks vitse-prezidentin Hanter Baydenə maliyyə vəsaiti ayırması barədə iddiasını rədd edib.

Reyting.az
"AFP”-yə istinadla xəbər verir ki, bu iddia Donald Trampa məxsusdur.

ABŞ prezidenti bu yaxınlarda seçki rəqibi Co Baydenin oğluna məxsus layihəyə Çinin 1.5 milyard dollar sərmayə qoymağa məcbur olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qon Şuan isə mətbuat konfransı zamanı deyib ki, bu iddialar yalandır.
Xatırladaq ki, Ukrayna “Naftoqaz”ında vəzifə tutan Hanter Baydenlə bağlı Trampın telefon danışığı ABŞ-da böyük bir qalmaqala səbəb olub.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}