Berdıməhəmmədov 38 yaşlı oğluna ən böyük mükafat verdi
Tarix: 11-11-2019 11:59 | Bölmə: Dünya
Berdıməhəmmədov 38 yaşlı oğluna ən böyük mükafat verdi

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkənin ən nüfuzlu mükafatlarından birini oğluna verib.

Reyting.az
“Euronews”-a istinadla xəbər verir ki, ölkənin gələcək lideri hesab olunan 38 yaşlı Sərdar Berdıməhəmmədov “vətənpərvərlik mükafatı” alıb.

Türkmənistanın ən əhəmiyyətli vilayəti olan Ahal valisi olan gənc ölkədə pambıq yığımı ilə əlaqədar görülən işləri təqdim edib. Ölkə mətbuatının yazdığına görə, Ahal pambıq yığımında birincilik qazanıb.

Prezident Berdıməhəmmədov əvvəllər millət vəkili və müavini olmuş oğlu Sərdarı keçən ilin iyun ayında Ahal bölgəsinə vali təyin edib.

Xatırladaq ki, Berdıməhəmmədov və ölkənin qurucu lideri Saparmurat Türkmənbaşı Təkə qəbiləsinin vətəni olaraq bilinən Ahal bölgəsindəndir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər