Ukrayna XİN: "Normand görüşü”ndə Donbas münaqişəsinin həllinə yol açılacaq"
Tarix: 14-11-2019 14:00 | Bölmə: Dünya
Ukrayna XİN: "Normand görüşü”ndə Donbas münaqişəsinin həllinə yol açılacaq"

Ukrayna ümid edir ki, “Normand görüşü”ndə Donbas münaqişəsinin həllinə yol açılacaq.

Reyting.az
bildirir ki, bunu Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko Kiyevdə avstriyalı həmkarı Aleksandr Şallenberqlə birgə keçirdiyi mətbuat konfransında çıxış edib.

Nazirin sözlərinə görə, görüşün əsas mövzusu əsir və girovların dəyişdirilməsi, Donbas münaqişəsinin həlli yolları olacaq.

“Ukraynalılar beş ildir ki, “Normand dördlüyü”nün görüşünü böyük səbirsizliklə gözləyir. Biz məhz bu görüşdə Donbas münaqişəsinin həllinə gedən yolu açmaq istəyirik”, - deyə nazir əlavə edib.

V.Pristayko bildirib ki, Rusiya tərəfi görüşə hazır olduğunu açıqlayıb. Sadəcə, danışıqların vaxtı və yeri barədə müzakirələr aparılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər