Qulluqçu keçmiş “Ağ dəbliqə” rəhbərinin ölümündən danışdı - Fotolar
Tarix: 15-11-2019 23:31 | Bölmə: Dünya
Qulluqçu keçmiş “Ağ dəbliqə” rəhbərinin ölümündən danışdı

“Ağ dəbiləqə”nin keçmiş başçısı, İstanbulda meyiti tapılan Ceyms Le Mezuryenin ev qulluqçusu istintaqda ifadə verib.

Reyting.az
“Daily Mail”-ə istinadla xəbər verir ki, xanım Fayzullayeva Le Mezurye, isveçli arvadı, 39 yaşlı Emma Vinberq və iki qızı ilə birlikdə eyni evdə yaşayıb.

Orta Asiya mənşəli Gül Fayzullaevanın sözlərinə görə, İstanbuldakı mənzilindən kənarda ölü tapılmazdan 24 saat əvvəl İngiltərə ordusunun keçmiş zabiti yüksək qan təzyiqi ilə xəstəxanaya gedib.

Qulluqçu keçmiş “Ağ dəbliqə” rəhbərinin ölümündən danışdı

Le Mezuryeni son bir neçə günündə diri görən qadın onun arvadı Emma Vinberqə də gördüklərini danışıb. İstanbulun Buyukada məhəlləsində min funt sterlinqə ev kirayələmiş “Ağ dəbliqə”lilərin sabiq rəhbəri stress keçirib.

Gül Fayzullaeva bildirib ki, ölümündən əvvəl Le Mezurye özünü pis hiss etdiyindən şikayətlənib. “Onun qan təzyiqini ölçdüm, 160/120 idi. Xəstəxanaya getmək üçün kifayət qədər səbəb vardı. Ona iynə vurdular, bir həb verdilər və o gecə evə gəldi”.

Qulluqçu keçmiş “Ağ dəbliqə” rəhbərinin ölümündən danışdı




Bölməyə aid digər xəbərlər
11-12-2024, 08:41 Dmitri Medvedev Pekindədir

bütün xəbərlər