İranda internetə məhdudiyyət tətbiq edilib
Tarix: 18-11-2019 13:19 | Bölmə: Dünya
İranda internetə məhdudiyyət tətbiq edilib

İranda benzinin bahalaşması ilə əlaqədar başlayan etirazlardan sonra ölkədə internet kəsilib və bu məhdudiyyət hələ də davam edir.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət ölkənin Təhlükəsizlik Şurası tərəfindən tətbiq olunub və bu barədə bütün internet provayderlərinə göstəriş verilib.

Məhdudiyyətin nə zaman aradan qaldırılacağı haqda məlumat verilmir.

Qeyd edək ki, hazırda xüsusi məkanlarda, o cümlədən qəzet və xəbər saytlarının redaksiyalarında internetə məhdudiyyət tətbiq olunmur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}