Rusiya İrana silahlar satmaqda maraqlıdır - Dmitri Şuqayev
Tarix: 18-11-2019 18:46 | Bölmə: Dünya
Rusiya İrana silahlar satmaqda maraqlıdır

Beynəlxalq sanksiyalar qaldırılarsa, Rusiya İrana silah satmağa hazırdır.

Reyting.az
“Sputnik”ə istinadla xəbər verir ki, Dubay sərgisində çıxış edən Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev hazırda Rusiyanın Tehrana hücum silahları, o cümlədən radiokəşfiyyat avadanlığı verildiyini təsdiqləyib.

Onun sözlərinə görə, İran tərəfi qırıcı təyyarələr, helikopterlər, tanklar, gəmilər, sahil-dəniz raketləri, təyyarə mühərrikləri, təyyarə ehtiyat hissələri, zirehli maşınlar və sualtı qayıqlar almaqda maraqlıdır.

Dmitri Şuqayev beynəlxalq sanksiyaların ləğv edildiyi təqdirdə, Moskvanın İrana bu cür silah satışını davam etdirəcəyini söyləyib. O bildirib ki, qadağalar qeyri-invaziv avadanlığın satışına maneə törətmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər