ATƏT-in baş katibi: "Gürcüstandakı vəziyyəti narahatlıqla izləyirəm"
Tarix: 19-11-2019 09:37 | Bölmə: Dünya
ATƏT-in baş katibi: "Gürcüstandakı vəziyyəti narahatlıqla izləyirəm"

ATƏT-in baş katibi Tomas Qreminger Gürcüstandakı vəziyyətdən narahat olduğunu və vəziyyətin dialoq yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

O, bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.

“Mən Gürcüstandakı vəziyyəti narahatlıqla izləyirəm. Ümid edirəm ki, bütün tərəflər dinc etirazı təmin edə, dialoq və qanuna hörmət yolu ilə irəliyə doğru addım ata biləcəklər”, - deyə Qreminger deyib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər