İrandan ABŞ-a cavab gəldi: "Çox narahatsınızsa, ölkənizdəki bomjların dərdini çəkin"
Tarix: 19-11-2019 09:58 | Bölmə: Dünya
İrandan ABŞ-a cavab gəldi: "Çox narahatsınızsa, ölkənizdəki bomjların dərdini çəkin"

"ABŞ İranın halına yanacaq mövqedə deyil. Dövlət katibi Mayk Pompeo ABŞ-dakı acların dərdini çəksin".

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

O bildirib ki, "cənab Pompeoya yapışmayan yeganə şey İran xalqına dəstək verməsidir": "İran xalqı ağıllı və dərrakəli xalqdır. Müxtəlif problemləri geridə qoyub, bu xalq bu mərhələni də keçəcək və öz problemlərini özü həll edəcək".

Musəvi deyib ki, ABŞ dövləti İran xalqına ürək yandıracaq mövqedə deyil: "Onlar əgər çox narahatdırlarsa, Birləşmiş Ştatların müxtəlif bölgələrində ac olan onlarla milyon insanın, yoxsul və bomjların dərdini çəksin".

APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər