İki türkə və Türkiyədəki üç şirkətə sanksiya tətbiq edildi - Foto
Tarix: 19-11-2019 10:05 | Bölmə: Dünya
İki türkə və Türkiyədəki üç şirkətə sanksiya tətbiq edildi

ABŞ İŞİD-ə kömək etdiyi üçün iki türk və Türkiyədə fəaliyyət göstərən 3 şirkət haqqında sanksiya qərarı verib.

Reyting.az
“Euronews”-a istinadla xəbər verir ki, Maliyyə Nazirliyi İsmail və Əhməd Bayaltun qardaşlarının İŞİD döyüşçülərinə təchizatçı rolunu oynadığını və İsmail Bayaltuna məxsus “ACL İxrac və İdxal” şirkətinin 2015-2017 illəri arasında İŞİD-ə avadanlıq tədarük etdiyini açıqlayıb.

“Qara siyahı”ya alınan və Türkiyədə fəaliyyət göstərdiyi bildirilən digər şirkətlərin isə valyuta və pul transferi faş edilib: “Sahloul Money Exchange Company” və “Al-Sultan Money Transfer Company”.

İki türkə və Türkiyədəki üç şirkətə sanksiya tətbiq edildi

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin qərarın İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin əməliyyatından sonra qrupa qarşı təzyiq taktikasının davamı olduğunu açıqlayıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Əfqanıstanda fəaliyyət göstərən və İŞİD-ə dəstək verdiyi aşkar edilən “Nejaat Sosial Yardım Təşkilatı” da sanksiya siyahısına daxil edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər