Almaniya və Türkiyə arasında casus qalmaqalı: konsulluq əməkdaşı saxlanılıb
Tarix: 21-11-2019 12:49 | Bölmə: Dünya
Almaniya və Türkiyə arasında casus qalmaqalı: konsulluq əməkdaşı saxlanılıb

Ankaradakı Almaniya konsulluğunda işləyən Türkiyə vətəndaşı bu ölkənin hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Reyting.az
xəbər verir ki, adının qorunması şərti ilə “Röyter” agentliyinə danışan alman diplomatı bildirib ki, konsulluq əməkdaşına qarşı hansı ittihamların irəli sürüldüyünü öyrənməyə çalışırlar.

Diplomat əlavə edib ki, konsulluq əməkdaşının həbsi anlaşılmazdır. Onun sözlərinə görə, ixtisasca hüquqşünas olan konsulluq əməkdaşı sentyabrın 17-də saxlanılıb.

“Der Spigel” qəzeti isə saxlanılan şəxsi Yılmaz. S kimi təqdim edərək yazıb ki, onun yüzlərlə dosyesinə əl qoyulub.

Məlumata görə, Yılmaz. S Almaniyaya müraciət edən mühacir türk vətəndaşlarla bağlı məlumatları araşdırmaq məqsədilə Almaniya konsulluğu tərəfindən işə cəlb edilibmiş.

Yılmaz. S-in 15 iyul dövlət çevrilişi cəhdindən sonra Almaniyaya sığınan PKK və FETÖ fəallarının oturum almaq müraciətlərinin qəbul edilməsi üçün sənədləri saxtalaşdırdığı da iddia olunur. Casusluqda ittiham olunan Yılmaz. S-in Ankarada işlədiyi ofisdə axtarış aparılıb və 280 dosye müsadirə edilib.

“Der Spigel” xəbər verir ki, Almaniya hökuməti oturum üçün müraciət edən 50-yə yaxın türk haqqında məlumat və dosyelərin bu həbslə MİT-in əlinə keçməsindən narahatdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər