17 diplomatik nümayəndə geri çağırılır
Tarix: 23-11-2019 01:17 | Bölmə: Dünya
17 diplomatik nümayəndə geri çağırılır

Argentina hökuməti siyasi qərarla təyin edilən, karyeraca diplomat olmayan 17 diplomatik nümayəndəsini geri çağırır.

RİA "Novosti"nin məlumatına görə, məmurlar prezidentin səlahiyyətlərinin başa çatdığı 9 dekabra qədər istefaya getməlidir.

Rəsmi bülletendə dərc edilmiş fərmanda deyilir ki, adları çəkilən vəzifəli şəxslər 2019-cu ilin 9 dekabrınadək ölkənin ərazisinə qayıtmalıdır.

Argentinanın yeni səfirləri Boliviyada, Kolumbiyada, Çilidə, Ekvadorda, Meksikada, Peruda, Paraqvayda, Uruqvayda, Kosta-Rikada, İspaniyada, Portuqaliyada, Çində və ABŞ-da, həmçinin "Unisef"də, "Mercosur"da (Cənubi Amerika gömrük ittifaqı) və "Aladi"də (Latın Amerikası İnteqrasiya Asossiasiyası) təyin ediləcək.

Ayrıca fərmanla həmçinin Vatikandakı nümayəndə geri çağırılıb.(Report)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər