Silahlı şəxslər təyyarəni qaçırıblar
Tarix: 26-11-2019 13:59 | Bölmə: Dünya
Silahlı şəxslər təyyarəni qaçırıblar

Papua Yeni Qvineya adalarından birində 8 silahlı şəxs "Tropicair" aviaşirkətinə məxsus təyyarəni qaçırıb.

İnsident təyyarənin yanacaqla doldurulduğu Yeni Britaniya adasının cənubundakı Qasmat hava limanında baş verib.

Aviadaşıyıcının məlumatına görə, silahlı şəxslər təyyarəni ələ keçirdikdən sonra pilotu göyərtədə sərnişin olmadan istifadə edilməyən aerodroma uçmağa məcbur ediblər.

"Hava limanına çatdıqdan sonra silahlı şəxslər təyyarədə olan baqaj və yükləri oğurlayaraq qaçıblar", - aviaşirkət rəsmisi bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində kapitan xəsarət almayıb, təyyarəyə zərər dəyməyib/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}