İŞİD-a qoşulmaq istəyən fransalı qadın Türkiyədə tutuldu
Tarix: 26-11-2019 15:25 | Bölmə: Dünya
İŞİD-a qoşulmaq istəyən fransalı qadın Türkiyədə tutuldu

Türkiyənin təhlükəsizlik qüvvələri Adanada İŞİD terror təşkilatına qoşulmaq üçün Suriya ərazisinə keçməyi planlaşdıran fransalı qadını şübhəli şəxs qismində saxlayıblar.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilkin araşdırma nəticəsində 21 yaşlı Anissa Laaroussinin fransız, alman, ingilis və ispan dillərini bildiyi müəyyənləşib.

Qadının mobil telefonunda onun hicablı şəkilləri aşkarlanıb. Onun sosial şəbəkələr vasitəsilə terror qruplaşmasına qatılmaq istəyini təsdiqləyən paylaşımlar da müəyyən edilib.

Şübhəli A.Laaroussi Türkiyə Miqrasiya İdarəsinin yerli bölməsinə təhvil verilib. Onun Türkiyədən deportasiya olunacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər