Seks qalmaqalına görə Kraliça Elizabet taxtdan əl çəkir, şahzadənin səlahiyyətləri alınıb - Foto
Tarix: 28-11-2019 10:56 | Bölmə: Dünya
Seks qalmaqalına görə Kraliça Elizabet taxtdan əl çəkir, şahzadənin səlahiyyətləri alınıb

Kraliça II Elizabetin 18 ay ərzində taxtdan imtina edəcəyi və yerinə oğlu şahzadə Çarlesin gələcəyi iddia edilir.

Reyting.az
xatırladır ki, şahzadə Andreyin amerikalı milyarder Epsteinlə əlaqələri səbəbindən adının zorakılıq qalmaqalında hallanması İngiltərə sarayında gərginliyə səbəb olub. Məhz bu səbəbdən də Kraliça Elizabetin taxtını oğlu Çarlesə ötürəcəyi haqqında müzakirələr başlanılıb.

Seks qalmaqalına görə Kraliça Elizabet taxtdan əl çəkir, şahzadənin səlahiyyətləri alınıb

“Daliy Mail” qəzeti iddia edir ki, 93 yaşlı Kraliça II Elizabet səlahiyyətlərini 18 ay ərzində oğlu şahzadə Çarlesə ötürəcək.

Atası şahzadə Filiplə bir araya gələn 71 yaşlı şahzadə Çarlesin amerikalı milyarder Epsteinlə əlaqəsi səbəbindən kral ailəsinin imicini zədələməyə səbəb olan qardaşına görə bir addım irəli çıxaraq “ipləri” ələ almaq istədiyi və Kraliyyət liderliyinə keçməyə hazır olduğu iddia edilir.

Bildirilir ki, kraliça II Elizabet 18 ay sonra 95 yaşına keçəcək və əri şahzadə Flipin 95 yaşında etdiyi kimi vəzifəsindən əl çəkəcək.

“The Sun” qəzetinə danışan kral ailəsinin üzvü bildirib ki, şahzadə Andreyin Epstein qalmaqalı şahzadə Çarlesin bir addım önə çıxması üçün böyük fürsətdir. O, əlavə edib ki, heç kim kral ailəsindən və onun maraqlarından böyük deyil. Bura Kraliça II Elizabetin sevimli oğlu şahzadə Andrey də daxildir.

Ən son xəbərlərə görə, hazırda şahzadə Andreyin səlahiyyətlərini əlindən alan Kraliça II Elizabet onun ABŞ Prezidenti Donald Trampla görüşünə icazə verməyib.

Xatırladaq ki, gələn həftə Londonda NATO-nun 70 illiyi qeyd ediləcək və bu məqsədlə ABŞ Prezidenti Tramp da Londona gələcək. Amma Trampla görüşəcək kral ailəsinin siyahısında şahzadə Andreyin adına rast gəlinmir.

Onu da qeyd edək ki, hələ bir müddət əvvəl bildirilirdi ki, II Elizabet səlahiyyətlərini vəliəhd şahzadə Çarlza təhvil verə bilər. Onun bu addımı ölkənin 1937-ci ildə regentlik haqqında qəbul edilmiş qanununla əsaslandırılırdı. Qanunda nəzərdə tutulur ki, monarx öz səlahiyyətlərini yerinə yetirə bilmədiyi təqdirdə onları vəliəhd şahzadəyə təhvil verir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər