11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Ərdoğanın sözçüsü: “Gülənçilərin “Zaman” qəzetində...”
Tarix: 29-11-2019 11:03 | Bölmə: Dünya
Ərdoğanın sözçüsü: “Gülənçilərin “Zaman” qəzetində...”

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Deutsche Welle”-nin "Münaqişə Zonası" proqramında jurnalist Tim Sebastianın suallarını cavablandırıb.

Reyting.az
“DW”-yə istinadla xəbər verir ki, Kalın prezident Rəcəb Tayyib Ərdoğanın Vaşinqton təmasları, Suriyadakı proseslər, İŞİD-lə mübarizə, Türkiyədə insan haqları pozuntuları, məhkəmə müstəqilliyi, medianın vəziyyəti kimi mühüm mövzularda Sebastianın tənqidi sualları ilə qarşılaşıb.

“Sülh çeşməsi” əməliyyatı çərçivəsində Türkiyə dəstəkli "Suriya Milli Ordusu" ünsürlərinin insan haqlarını pozması ilə bağlı suala cavab verən Kalın deyib: “İstintaq gedir. Yaxşı bir jurnalist olaraq bunu araşdıra bilərsiniz". Sebastian buna cavabda deyib: “Deməli, Siz də heç nə bilmirsiniz?”

Prezident sözçüsünün "Türkiyədə azad media var" iddiası da etiraz doğurub.

Sebastian "Bəlkə də növbəti hökumət iqtidara gələndə mühakimə olunacaqsınız. Bunu heç düşündünüzmü? Axı Siz gülənçilərin “Zaman” qəzetində işləmisiniz”, - deyib.

Kalın bildirib: "Mən onlar üçün işləmədim, orada yazdım, fərq bundadır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}