Sabiq prezident məcburi qaydada məhkəməyə gətirilib
Tarix: 29-11-2019 15:33 | Bölmə: Dünya
Sabiq prezident məcburi qaydada məhkəməyə gətirilib

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev paytaxt Bişkek şəhərinin Bir May Rayon Məhkəməsinə məcburi qaydada gətirilib.

“Kabar” xəbər verir ki, məhkəmədə kriminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq həbsdən sərbəst buraxılması məsələsinə dair proses təhqiq olunur. A.Atambayev məhkəmədə iştirak etməkdən imtina etdiyi üçün birinci iclas baş tutmamışdı.

Qeyd edək ki, bundan əvvəl ölkə parlamentində A.Atambayevin prezident kürsüsünə gəlmək üçün qanun pozuntularına yol verməsinə dair yaradılmış komissiya sabiq dövlət başçısının qanunsuz əməlləri arasında Ə.Batukayevi azad etmək məsələsi də müəyyənləşib. Məsələ ilə bağlı üç nəfər vəzifəli şəxs korrupsiya ittihamı ilə həbs edilib.

Ə.Batukayev 2006-cı ilin avqust ayında bir sıra ağır və xüsusi ağır cinayət törətməkdə təqsirkar bilinərək 16 il 8 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

A.Atambayev bu ilin 8 avqust tarixində paytaxt yaxınlığında yerləşən Koy Taş kəndindəki evində tərəfdarlarının bir müddət polisə müqavimət göstərməsindən sonra həbs olunmuşdu/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər