Türkiyə “Azad Suriya Ordusu”na nə qədər maaş verir?
Tarix: 30-11-2019 11:15 | Bölmə: Dünya
Türkiyə “Azad Suriya Ordusu”na nə qədər maaş verir?

Türkiyə “Azad Suriya Ordusu”nun (ASO) üzvü olan 35 min nəfərə ümumən aylıq 11 milyon lirə maaş ödəyir.

Reyting.az
“The New York Review of Books/Daily”-yə istinadla xəbər verir ki, bu, araşdırmaçı-yazar Elizabet Tsurkovun iddiasıdır.

"Kimdir bu Türkiyəyə kömək edən döyüşçülər?" adlı məqaləsində Tsurkov qeyd edir ki, 2014-dən ASO-da olan bu ünsürlərin əksəriyyəti sünni ərəblərdir. Onların çoxu ASO-ya qarət və oğurluq üçün qatılıb.

Müəllif bir çox SMO üzvündən açıqlamalar alıb. Yazarın izah etdiyinə görə, bu kəslər Türkiyənin Əsədin devirmək kimi bir son hədəfi olmadığını, əksinə, Əsədlə əməkdaşlıq etməyə meyilli ola biləcəyini anladıqlarında hərəkətlərini öz cəmiyyətlərinə və yaxınlarına izah etməkdə çətinlik çəkməyə başlayıblar.

Əvvəllər “Levant Cəbhəsi” və “Həmzə Briqadası” kimi fəaliyyət göstərmiş ASO-çular CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) “Timber Sycamore” proqramı adı altında təlim keçiblər. Proqramın icrası 2015-ci ildə dayandırılıb və bu döyüşçülərin maaşını 2017-ci ildən Türkiyə ödəyir.

Tsurkovun iddiasına görə, Türkiyə “Fərat qalxanı” əməliyyatından əvvəl ASO döyüşçülərinə aylıq 300 dollar maaş verib. 2019-cu ilin əvvəlində ödənişlər iki aydan bir verilməyə başlayıb.

Hazırda ASO-çuların məvacibi 50 dollardır. Bu da ən azı 11 milyon lirə deməkdir.

Türkiyə məzarətindəki ərazidə yalnız ASO üzvlərinin deyil, buralardakı yerli məclis üzvlərinin, müəllimlərin, həkimlərin, yerli polisin və hərbi polisin də maaşlarını ödəyir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər