Türkiyə 26 terrorçunu öz ölkəsinə göndərib
Tarix: 03-12-2019 22:59 | Bölmə: Dünya
Türkiyə 26 terrorçunu öz ölkəsinə göndərib

Türkiyə Almaniya vətəndaşı olan 5 terrorçunu bu gün öz ölkəsinə deportasiya edib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, rəsmi Ankara xarici ölkə vətəndaşı olan terrorçuları öz ölkələrə deportasiya etməyə başlayıb. Bu çərçivədə Almaniyanın 5 vətəndaşı öz ölkəsinə göndərilib.

Nazirlik xatırladıb ki, son 3 həftə ərzində fərqli ölkələrdən olan 21 əcnəbi terrorçu ölkələrinə deportasiya edilib. Son deportasiya ilə bu rəqəm 26 nəfərə çatıb.

Qeyd edək ki, Avropa ölkələri İŞİD və digər terror təşkilatlarına qoşulan vətəndaşlarını geri qəbul etmək istəmir və onları hazırda saxlanıldığı ölkələrdə məhkəmə qarşısına çıxarılmasını tələb edirdilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər