İraqda ABŞ hərbçilərinə növbəti hücum olub
Tarix: 06-12-2019 14:10 | Bölmə: Dünya
İraqda ABŞ hərbçilərinə növbəti hücum olub

İraqın Səlahəddin əyalətində ABŞ hərbçilərinin yerləşdiyi Bələd hərbi baza raket atəşinə tutulub.

İraqın Təhlükəsizlik Şəbəkəsi xəbər verir ki, bazaya iki ədəd “Katyuşa” raketinin atılması nəticəsində insan tələfatı üz verməyib. Hücumun kim tərəfindən törədildiyi bildirilmir.

Qeyd edək ki, iki gün əvvəl Ənbər əyalətində ABŞ hərbçilərinin yerləşdiyi Əynüləsəd hərbi baza da raket atəşinə tutulmuşdu/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}