Gürcüstan parlamentində insident olub, bir neçə deputatın halı pisləşib
Tarix: 12-12-2019 15:19 | Bölmə: Dünya
Gürcüstan parlamentində insident olub, bir neçə deputatın halı pisləşib

Gürcüstan parlamentində baş verən insidentdən sonra dörd nəfərin səhhətində problem yaranıb.

"Report"un yerli bürosu xəbər verir ki, onların ikisi deputat, digər ikisi isə parlamentin əməkdaşıdır.

Tənəffüs almalarında çətinlik yaranan şəxslər xüsusi maska ilə təmin olunublar. Halı pisləşən əməkdaşlardan biri xəstəxanaya aparılıb, digərlərinə isə yerində tibbi yardım göstərilib.

İnsidentə görə məsuliyyəti "Utanc" hərəkatı öz üzərinə götürüb. Hərəkat fəalları yaydıqları məlumatda qeyd ediblər ki, "mövcud sistem iylənir".

Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı sağlamlığa qəsdən ciddi zərərvurma maddəsi ilə istintaqa başlayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər