Baş keşiş: “Məni İsrail tərəfi zəhərləyib”
Tarix: 25-12-2019 13:59 | Bölmə: Dünya
Baş keşiş: “Məni İsrail tərəfi zəhərləyib”

“Mənim zəhərlənməmdə bütün əlamətlər bunun İsrail tərəfindən edildiyini göstərir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Qərbi Qəzza bölgəsinin Yunan Provaslav Patriaxlılığı Sabestiyanın baş keşişi Attalah Hanna deyib.

O, konkret ad çəkməksə də, amma zəhərlənmə hadisəsində əlamətlərin İsraili göstərdiyini qeyd edib.

Baş keşiş müalicə aldığı İordaniyada rəsmi dövlət televiziyasına açıqlama verib. Bildirib ki, üzləşdiyi hadisə sui-qəsd və ya ömür boyu xəstə qalacağına səbəb olacaq aktdır.

Fələstinli bir qrupun məruz qaldığı kimyəvi maddələrlə əlaqəli faktlar toplamağa çalışdığını vurğulayan Hanna əlavə edib ki, bu hadisənin arxasında qəti kimin durduğunu deyə bilməz, amma zəhərlənmədə ortaya çıxanlar İsraili göstərir.

Xatırladaq ki, ötən həftə İsrailə aid olan mütəxəssislər Qəzzada baş keşiş Hanın da yaxınlığında olduğu Patrikhane meydanına kimyəvi maddə buraxıblar. Kimyəvi maddələrdən zəhərlənən baş keşiş müalicə üçün İoprdaniyanın paytaxtı Ommana aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər