16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Beş general vəzifədən kənarlaşdırılıb - Təyinatlar
Tarix: 25-12-2019 21:31 | Bölmə: Dünya
Beş general vəzifədən kənarlaşdırılıb

Rusiya prezidenti Vladimir Putin bir sıra nazirliklərdə çalışan general rütbəli şəxsləri vəzifələrindən azad edib.

Reyting.az
RİA Novosti-yə istinadla işdən çıxarılan generalların siyahısını təqdim edir:

- Daxili İşlər Nazirliyinin Moskva Metropolitenində Baş İdarəsinin rəisi, general Nikolay Savçenko;

- Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;

- Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;

- Daxili İşlər Nazirliyinin Kriminalistika Baş İdarəsinin rəis müavini, general-mayor Sergey Ryabov;

- Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov.

Rusiya prezidentinin digər sərəncamı ilə bu generallar yeni vəzifələrə təyinat alıblar:

- Daxili xidmət general-mayoru Vladimir Denejkin Yanğınsöndürmə İdarəsi rəisinin müavini - Fövqəladə Hallar Nazirliyinin Xüsusi İdarəsinin rəisi;

- Polis general-mayoru Leonid Kolomiyets, Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə İdarəsinin rəisi;

- Polis general-mayoru Aleksandr Pryadko, Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}