Türkiyədə beş İES-in fəaliyyəti dayandırılıb
Tarix: 01-01-2020 23:33 | Bölmə: Dünya
Türkiyədə beş İES-in fəaliyyəti dayandırılıb

Türkiyədə beş İstilik Elektrik Stansiyasının (İES) fəaliyyəti dayandırılıb, birinin çalışma gücü müəyyən qədər aşağı salınıb.

Reyting.az
AZƏRTAC-a istinadla xəbər verir ki, hökumətin bu tədbiri ekoloji təmizliyi qorumaq üçün nəzərdə tutulub. Bildirilir ki, fəaliyyəti nisbətən azaldılan İES Soma bölgəsində yerləşir. Bu stansiya sayəsində 12 min bina istiliklə təmin olunur. Ona görə də, onun fəaliyyəti qış mövsümü davam etdiriləcək.

Qeyd edək ki, Türkiyədə İES-in əksəriyyəti sərf olunan yanacağın tullantılarını filtrsiz olaraq atmosferə buraxır.

Ətraf mühit və şəhərsalma naziri Murad Kurum açıqlamasında bildirib ki, çalışması dayandırlan İES-lər tələb olunan texniki şərtləri yerinə yetirəndən sonra fəaliyyət göstərə biləcəklər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər