ABŞ iranlı generalı qətlə yetirib - Video
Tarix: 03-01-2020 12:39 | Bölmə: Dünya
ABŞ iranlı generalı qətlə yetirib

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Qüds” qüvvələrinin komandanı, general Qasim Süleymani Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində qətlə yetirilib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər erir ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.

Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” qanadının komandanı, general Qasim Süleymaninin öldüyünü təsdiqləyib.

Nazirlik raketlərin ABŞ prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.

“General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani, bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”.

“İran Bağdadda raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin başçısı general Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaq”.

İranın Ali rəhbərinin məsləhət orqanının keşmiş komandanı Möhsin Rezai “Twitter” səhifəsində bildirib ki, general Süleymani şəhid qardaşlarına qoşularaq ABŞ-dan qisas alıb.

İran prezidentinin müşaviri Hüsaməddin Aşna isə ABŞ-ın “öz azart oyunları ilə” Yaxın Şərqdə özünə ən təhlükəli şərtlər yaratdığını və bunun nəticələrinə hazır olmalı olduğunu söyləyib.

Xatırladaq ki, daha əvvəl İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub. 3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər