ABŞ öz vətəndaşlarına çağırış edib: İraqı dərhal tərk edin!
Tarix: 03-01-2020 13:14 | Bölmə: Dünya
ABŞ öz vətəndaşlarına çağırış edib: İraqı dərhal tərk edin!

ABŞ Dövlət Departamenti vətəndaşlarına İraqı dərhal tərk etmələri ilə bağlı çağırış edib.

“Anadolu” agentliyinin məlumatına görə, İraqda və regionda gərginliyin artması ilə bağlı ABŞ vətəndaşlarına müraciət edilib.

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər