Dövlət Departamenti: "İrana qarşı sərt sanksiyalarımız davam edəcək"
Tarix: 04-01-2020 17:05 | Bölmə: Dünya
Dövlət Departamenti: "İrana qarşı sərt sanksiyalarımız davam edəcək"

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlılarının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın İrana qarşı strategiyası dəyişməyəcək.

Bu barədə “Al Arabiya” telekanalına ABŞ Dövlət Departamentindən bildirilib.

Dövlət Departamentindən İrana qarşı sərt sanksiyalar tətbiq etmə təcrübəsinin davam edəcəyi açıqlanıb. Qurum əlavə edib ki, ABŞ bölgədəki obyektlərini qorumaq üçün tədbirlər görür.

Bundan əlavə, ABŞ tərəfi prioritetinin Yaxın Şərqdəki milli maraqları və müttəfiqlərini qorumaqdan ibarət olduğunu vurğulayıb. Dövlət Departamenti həmçinin Vaşinqtonun general Süleymaninin terrorçu olması və bölgədəki müharibələrin qızışdırılmasına görə məsuliyyət daşıması ilə bağlı mövqeyini təsdiqləyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər