ABŞ səfirliyinin ətrafına və hərbi bazasına raket zərbəsi endirildi
Tarix: 04-01-2020 22:37 | Bölmə: Dünya
ABŞ səfirliyinin ətrafına və hərbi bazasına raket zərbəsi endirildi

Bu gün İraqda ABŞ səfirliyi ilə hərbçilərinin qaldığı hərbi bazaya raket zərbələri endirilib.

Reyting.az
Türkiyənin Haberler.com portalına istinadla bildirir ki, iki raket zərbəsi ABŞ-ın Bağdaddakı səfirliyinin yerləşdiyi binanın ətrafına atılıb: "Hadisədən dərhal sonra səfirliyə gedən yol təhlükəsizlik qüvvələri tərəfindən qapadılıb. Bu hadisənin baş verdiyi anda İraqın Səlahaddin vilayətində yerləşən və ABŞ hərbçilərinin qaldığı və ölkənin ən böyük hərbi bazası olan Bələd bazasına da raket hücumu təşkil olunub".

Məlumatda hücumu hansı qüvvələrin gerçəkləşdirdiyi açıqlanmasa da, bölgədəki mənbələr raket zərbələrini İranmeyilli qüvvələrin təşkil etdiyi ehtimalının qüvvətli olduğunu deyirlər.

Xatırladaq ki, ABŞ hərbçiləri yanvarın 3-də İranın SEPAH qüvvələrinin komandanı, general Qasım Süleymanini Bağdad yaxınlığında raketlə öldürüb.

Rəsmi Tehran isə bunun cavabsız qalmayacağını bəyan edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər