İran ABŞ-la nüvə sövdələşməsinə dair danışıqları davam etdirmək istəyir
Tarix: 05-01-2020 18:20 | Bölmə: Dünya
İran ABŞ-la nüvə sövdələşməsinə dair danışıqları davam etdirmək istəyir

İran ölkənin İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən qətlə yetirilməsinə baxmayaraq bu ölkə ilə nüvə sövdələşməsinə dair danışıqları “5+1” (Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin və ABŞ) formatında davam etdirməyə hazırdır.

"RİA Novosti” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi məlumat verib.

“Bu, bizim ABŞ-la qarşılıqlı münasibətlərimiz üçün şərtdir. Bununla belə, generalla bağlı baş verənlərə cavab vermək lazımdır”, - deyə o, qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər