ABŞ İraqa qarşı sanksiyalar hazırlayır
Tarix: 07-01-2020 09:15 | Bölmə: Dünya
ABŞ İraqa qarşı sanksiyalar hazırlayır

ABŞ İraqa qarşı sanksiyalar hazırlamağa başlayıb.

Buna səbəb İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qətnamə qəbul etməsidir.

Bildirilir ki, xüsusilə, ABŞ biznesinin İraqın biznes dairələrilə iş qurmasına qadağa qoyulması imkanları nəzərdən keçirilir.

Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Amerika tərəfinə düşmənçilik göstərəcəyi təqdirdə Bağdadı iqtisadi məhdudiyyətlərlə təhdid edib.

Sanksiyaların tətbiq olunmasında aparıcı rolu Ağ Ev və ABŞ Maliyyə Nazirliyi oynayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər