Admiral Şəmxani: “Qisasın 13 intiqam ssenarisi var”
Tarix: 07-01-2020 17:05 | Bölmə: Dünya
Admiral Şəmxani: “Qisasın 13 intiqam ssenarisi var”

Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani İranın ağır qisası barədə açıqlama verib.

Reyting.az
“Fars” agentliyinə istinadla xəbər verir ki, Şəmxani deyib: “Bəzi mülahizələrə görə, hazırda mediaya daha çox məlumat verə bilmərik, ancaq İran millətinin böyük qəhrəmanının qanlı qisasının alınacağına söz veririk. Vahid əməliyyat şəklində aparılacaq qisasın bu günə qədər 13 intiqam ssenarisi mövcuddur”.

Admiral Əli Şəmxani bildirib ki, hətta ən zəif ssenari amerikalılar üçün tarixi bir kabus ola bilər.

“Əslində, amerikalılar bu cinayəti əsaslı şəkildə etməməli idi. ABŞ-ın bölgədə 19 hərbi bazası var. Onların şəxsi heyətinin və hərbi texnikalarının dəqiq sayını bilirik və ən kiçik hərəkətini belə izləyirik", - deyə Şəmxani əlavə edib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}